Dövlət katibi: Britaniya AZAL-a məxsus təyyarənin qəzasının səbəblərini araşdırmağa dəstək göstərməyə hazırdır
Britaniya AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması səbəblərinin araşdırılmasında dəstək verməyə hazır olduğunu bəyan edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Ləmmi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon söhbətio zamanı deyib.
Dövlət katibi təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha başsağlığı diləklərini çatdırıb. O, Britaniyanın faciənin səbəblərinin araşdırılması və təhqiqat prosesində hər zaman dəstək verməyə hazır olduğunu bildirib.
Oxşar xəbərlər
Azərbaycan və İran "Şimal-Cənub" dəhlizi çərçivəsində əməkdaşlığı gücləndirirlər
Azərbaycanla İran "Şimal-Cənub" dəhlizinin tamamlanmasını sürətləndirməyə razılaşıblar. "Report" IRNA-ya istinadən xəbər verir ki, bu barədə razılıq Azərbaycan...