Əli Əsədov Cahit Bağçını fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib
22
yan
2025
19:19
Baş nazir Əli Əsədov Azərbaycanda fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Ə.Əsədov iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkür edib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin yüksək səviyyəsi təqdir edilib, iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Oxşar xəbərlər
Xidmət rəisi: Ermənilərin Xudavəng monastırındakı qanunsuz bərpa işləri tarixi saxtalaşdırmağa yönəlib
Ermənilər Xudavəng monastırında işğalın son 10–20 ili ərzində qanunsuz bərpa işləri aparıb və bu işlərin məqsədi tarixi saxtalaşdırmaq olub. BAKU.WS "Report"a i...