Türkiyədə kurortda baş verən yanğında ölənlərin sayı artıb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə Kartalkaya dağ-xizək kurortunda baş verən yanğın nəticəsində ölənlərin sayı 79-a çatıb.
Bu barədə Türkiyə hüquq mühafizə orqanları tərəfindən məlumat verilib. Bildirilir ki, DNT testlərindən sonra yanğında ölənlərin sayı 79-a çatıb.
Bundan əvvəl 76 nəfərin öldüyü deyilirdi. Türkiyə Səhiyyə Nazirliyi yanğın zamanı xəsarət alan 51 nəfərdən 39-nun xəstəxanalardan evə buraxıldığını, 12 nəfərin müalicəsinin davam etdiyini açıqlayb.
Xatırladaq ki, Kartalkaya istirahət mərkəzində yanğın yanvarın 21-nə keçən gecə baş verib. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub. Türkiyədə yanvarın 22-si milli matəm günü elan edilib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....