Ceyhun Bayramov: İkitərəfli danışıqlar normallaşma prosesində irəliləməyin ən yaxşı yoludur
Əldə olunan nailiyyətlər birbaşa ikitərəfli danışıqların Azərbaycanın ardıcıl olaraq mübarizə apardığı normallaşma prosesində irəliləməyin ən yaxşı və yeganə əlverişli yolu olduğunu əyani şəkildə göstərir.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 31-ci iclasındakı Bəyanatında deyib.
O bildirib ki, əldə olunan tərəqqiyə baxmayaraq, normallaşma istiqamətində həll olunmamış problemlər də qalmaqdadır:
"Onun yekunlaşdırılması Ermənistanın hələ də konstitusiyasında və digər qanunvericilik aktlarında təsbit edilmiş ərazi iddialarını aradan qaldırmaqla, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməklə bağlı bəyan etdiyi öhdəliyini əməli surətdə həyata keçirməsindən asılıdır.
Sülh və mehriban qonşuluq münasibətləri, Ermənistan konstitusiyasında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınmasının şübhə altına alındığı və ikitərəfli sazişin icrasının Ermənistanın daxili hüquqi və ya siyasi ssenarilərindən asılı olacağı təqdirdə, davamlı və dönməz ola bilməz".
Oxşar xəbərlər
Türkiyənin Gəncədəki Baş Konsulluğunda təyyarə qəzası qurbanlarının xatirəsi yad edilib
Türkiyənin Gəncə şəhərindəki Baş Konsulluğunda Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus sərnişin təyyarəsinin qəzasında həlak olanların xatirəsi anılıb. Baş K...