BQXK əməkdaşları Azərbaycanda saxlanılan Qarabağ separatçılarına növbəti dəfə baş çəkiblər
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycanda saxlanılan Qarabağ separatçılarına dekabr ayında növbəti dəfə baş çəkiblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, BQXK əməkdaşları saxlanılan şəxslərlə təkbətək görüşlər keçiriblər və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.
Mandatına uyğun olaraq, BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK, həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir.
Oxşar xəbərlər
Türkiyənin Gəncədəki Baş Konsulluğunda təyyarə qəzası qurbanlarının xatirəsi yad edilib
Türkiyənin Gəncə şəhərindəki Baş Konsulluğunda Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus sərnişin təyyarəsinin qəzasında həlak olanların xatirəsi anılıb. Baş K...