Xəzər dənizində altıncı dəfə zəlzələ olub
31
dek
2024
08:36
Yerli vaxtla saat 6:40-da Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Zəlzələ ocağı 17 kilometr dərinlikdə yerləşib.
Xatırladaq ki, bu, dekabr ayında dənizdə qeydə alınan 6-cı təbiət hadisəsidir. Belə ki, dekabrın 18-də, 25-də, 26-da (iki dəfə) və 29-da da Xəzərdə zəlzələlər qeydə alınıb.
Oxşar xəbərlər
Azərbaycan-İran sərhədində zəlzələ olub
Azərbaycan-İran sərhədində 3,6 bal gücündə zəlzələ olub. Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat y...