Azərbaycanda sabiq vəzifəli şəxsə şərti cəza verildi
Naxçıvanın Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Hicran Yaqub oğlu Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxsə 12 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhrumetmə) tətbiq olunub. Hicran Rüstəmov barəsində dörd il altı ay sınaq müddəti ilə seçilməklə şərti cəza verilib.
Qeyd edək ki, istintaqın araşdırmasına əsasən, H.Rüstəmov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Muxtar Respublika ərazisində tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan "xüsusilə külli miqdar" təşkil edən ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham olunur.
Oxşar xəbərlər
Azərbaycanın üç gəmisi heyətlə birgə GİROV GÖTÜRÜLÜB
Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində saxlanılıb. BAKU.WS xəbər verir ki, bu barədə Bakupost.az-a uzaq səfərlər kapitanı...