Avtobuslarda gedişhaqqı artırılır, amma xidmətin keyfiyyəti dəyişmir
Azərbaycanın əksər bölgələrində şəhərdaxili marşurutlarda gedişhaqqi ötən ildən artırılsa da, sərnişindaşıma xidmətində keyfiyətdə heç bir dəyişiklik edilməyib. Ona görə də sərnişinlər mövcud vəziyyətdən şikayətçidirlər.
Xezerxeber.az-ın məlumatına görə, gedişhaqqı 50 qəpik olub, amma xidmətin keyfiyyəti baxımından heç nə dəyişməyib.
Məsələn, Tovuzda 104 kiçiktutumlu mikroavtobusdan 49-u şəhərdaxili fəaliyyət göstərir. 55 nəqliyyat vasitəsi isə kəndlər üzrə işləyir. Ötən ilin yayından avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik təyin edilsə də, göstərilən xidmət sərnişinləri qane etmir.
Tovuzda hələ ki, sözügedən mikroavtobusların iritutumlu nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində heç bir addım atılmayıb.
Mingəçevir şəhərinin daxilində fəaliyyət göstərən marşurt avtobuslarının da əksəriyyəti belədir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, Mingəçevirin şəhərdaxili marşrut şəbəkəsi qurumun mütəxəssisləri tərəfindən ətraflı təhlil olunub. Şəhərin bütün yaşayış massivlərini və ərazilərini əhatə edən optimal ictimai nəqliyyat şəbəkəsi hazırlanıb. Sərnişin tələbatına uyğun olaraq avtobusların sayı və tutumu nəzərə alınan layihənin həyata keçirilməsi istiqamətində işlər görülür.
O da qeyd edilib ki, bölgələrdə daşıyıcı şirkətlər qarşısında sərnişindaşıma tələblərinə cavab verməyən, o cümlədən köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi ilə bağlı tapşırıqlar qoyulub.
Oxşar xəbərlər
Bakıda 10 yeni metro stansiyası inşa ediləcək
Biz son vaxtlar bir neçə metro stansiyasını istifadəyə verdik. Amma bu, kifayət deyil və mənim göstərişimlə 10 yeni metro stansiyası inşa ediləcək. Bunları Prez...