Sabah Bakının bu ərazilərində QAZ KƏSİLƏCƏK
Sabah Bakının Sabunçu və Xətai rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə BAKU.WS Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, "Ramana" qazpaylayıcı stansiyasında (QPS) orta təzyiqli qaz xəttində və Xətai rayonu, Y. Əliyev küçəsi ünvanında aparılan təmir-bərpa işləri ilə əlaqədar yanvarın 7-də saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Ramana, Bünyadzadə , Tağıyev, Yeni Zaman küçələri, Sabunçu qəsəbəsinin 9-cu mədən ərazisi, Suraxanı xidmət sahəsi üzrə Deputat küçəsinin bir hissəsində və Xətai rayonun bəzi hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
№1 Çörək Zavodu: İstehsal prosesi texnoloji və sanitariya normalara uyğun şəkildə həyata keçirilir
"Xəzri TN" MMC-nin tərkibində fəaliyyət göstərən №1 Çörək Zavodunda istehsal prosesinin müəyyən edilmiş texnoloji və sanitariya normalarına uyğun şəkildə həyata...