Rafiq Əliyevin qaynı oğlunu binadan atıb öldürdülər
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gün öncə Rusiyanın paytaxtı Moskvada azərbaycanlı gənc qətlə yetirilib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, 2004-ci il təvəllüdlü İlyas Müxalif oğlu Hüseynov evdə tək olarkən yaşadıqları çoxmərtəbəli binadan yerə atılıb. O, hadisə yerindəcə ölüb.
Qeyd edək ki, qətlə yetirilən şəxs "Azpetrol"un sabiq prezidenti Rafiq Əliyevin qaynı Müxalif Hüseynovun oğludur. Atası uzun illər Rusiyada hüquq-mühafizə orqanlarında çalışıb.
Mərhum bir neçə gün əvvəl Cəlilabad rayonunda torpağa tapşırılıb.
Onu da əlavə edək ki, Rafiq Əliyev sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşıdır.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...