Yeni mənzil almaq istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Yeni mənzil almaq istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR
Açıqlama
İqtisadiyyat 449

"Yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, yeni inşa edilən binalarda xərclərin hesablanması qaydası dəyişir. Bu, həmin binaları inşa edən sahibkarlar tərəfindən daha az verginin ödənilməsinə imkan verəcək".

Bu sözləri BAKU.WS-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, bina inşası zamanı müqavilədə nəzərdə tutulan xərclər deyil, faktiki görülən iş nəzərə alınacaq:

"Əgər müqavilədə mənzilin dəyəri 150 min manatdırsa, amma faktiki 90 min manat iş görülübsə, bu halda 90 min manat gəlir nəzərə alınmaqla vergi hesablanacaq. Bu da təbii ki, sahibkarın ödədiyi verginin azalması və onun xərcinin aşağı düşməsinə gətirib çıxaracaq. Bu kontekstdə yeni inşa edilən binalarda mənzillərin ucuzlaşması mümkün ola bilər. Təbii sahibkarların xərci azaldığı üçün daha məqsədəuyğundur ki, onlar da daha aşağı xərclə daha ucuz qiymətli mənzillər təşkil etsinlər.

Praktiki olaraq Vergi Məcəlləsinə edilən dəyişiklərdə əsas məqsəd sahibkarın xərclərini optimallaşdırmaq, daha az xərclə inşaat işlərinin aparılmasına imkan yaratmaq və bu istiqamətdə dövlət dəstəyini artırmaqdan ibarətdir. Ona görə də xərclərin azalması kontekstində məhz bu binalarda inşa edilən mənzillərin xərcinin azalmasını nəzərə alsaq, qiymətlərin azalması məqsədəuyğun olardı.

Sahibkarlarımız tərəfindən məhz qiymətlərə baxılması, daha ucuz qiymətə mənzillərin təklif edilməsi məqsədəuyğundur və bizim də tövsiyəmiz məhz bu istiqamətdədir. Nəzərə alsaq ki, qaydalar yeni qüvvəyə minir, bu baxımdan növbəti aylarda biz artıq sahibkarların bu istiqamətdə xərclərinin azalmasını müşahidə edə bilərik. Güman edirik ki, xərclərin azalması həm də bütövlükdə qiymətlərin aşağı düşməsinə imkan yaratmaqla vətəndaşlarımızın daha ucuz mənzil əldə etməsinə şərait yarada bilər".

Son xəbərlər