Neftin qiyməti yenidən bahalaşamağa başladı
Brent markalı neftin qiyməti 2024-cü ilin oktyabr ayından bəri ilk dəfə 79 dolları keçib.
Bu barədə BAKU.WS ticarət məlumatlarına istinadən məlumat verir.
"London ICE" birjasında "Brent" markalı neftin mart fyuçersi günorta saatlarından sonra 79,24 dollara yüksəlib.
Avqust ayında "Brent" neftinin qiyməti 79,45 dollara çatmış, sonra isə 69 dollara qədər enmişdi. Lakin 14 oktyabrda qiymətlər yenidən artmağa başlamışdı.
Sentyabr ayında "Brent" neftinin bir barelinin qiyməti 72,95 dollara (-1,22%) qədər enmişdi. Həmin dövrdə qiymətlər 2023-cü ilin dekabrından bəri ən aşağı səviyyəyə düşmüşdü. "WTI" markalı neftin qiyməti isə 69,43 dollar olmuşdu.
Ekspertlər 2025-ci ildə "Brent" neftinin orta qiymətinin 76 dollar olacağını, bu rəqəmin 2024-cü ilin səviyyəsindən 6% aşağı olacağını bildiriblər.
Oxşar xəbərlər
Rəhman Hümmətov: "Yolların mühafizəsi ən mütərəqqi üsullarla təmin edilir"
Son zamanlar yol infrastrukturunun qorunması istiqamətində xeyli işlər görülüb. BAKU.WS xəbər verir ki, bu barədə məlumatı Nəqliyyat sahəsində 2024-cü ildə görü...