Rəhman Hümmətov: "Yolların mühafizəsi ən mütərəqqi üsullarla təmin edilir"
Yeniliklərdən dərhal xəbərdar olun
Son zamanlar yol infrastrukturunun qorunması istiqamətində xeyli işlər görülüb.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı Nəqliyyat sahəsində 2024-cü ildə görülən işlər və 2025-ci ildə reallaşdırılacaq layihələrə həsr olunan mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
Nazir müavini deyib ki, yol infrastrukturunun qorunması üçün ən innovativ yanaşma tətbiq olunaraq elektron tərəzilər quraşdırılır:
"Artıq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda innovativ mexanizm olan 6 elektron tərəzi quraşdırılıb, digər məntəqələrdə bu istiqamətdə işlər davam etdirilir. Ümumilikdə bu proses 31 yerdə 51 tərəzinin quraşdırılmasını əhatə edir. AYNA tərəfindən yaradılan Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzi vasitəsilə isə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinə nəzarət olunur".
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...