Serbiya Prezidenti Vuçiçdən Azərbaycana təşəkkür: "Qaz təchizatı davam edəcək"
Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana və Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib.
BAKU.WS xəbər verir ki, Vuçiç bu barədə özünün sosial media hesabında paylaşım edib.
"Azərbaycandan olan qardaş və dostlarımız məni məlumatlandırdılar ki, fors-major səbəblərdən yaranan obyektiv çətinliklərə baxmayaraq Serbiyaya qaz təchizatı davam edəcək. Bu qərara görə Azərbaycana və yaxın zamanda Belqradda böyük səbirsizliklə görüşməyi planlaşdırdığım Prezident İlham Əliyevə sonsuz təşəkkür edirəm", - Serbiya lideri qeyd edib.
Qeyd edək ki, bir müddət əvvəl "AnewZ" hökumət mənbələrinə istinadla Azərbaycandan Serbiyaya qaz nəqlinin iki ay müddətinə dayandırılacağına dair məlumatların həqiqəti əks etdirmədiyini açıqlamışdı.
Наша браћа и пријатељи из Азербејџана управо су ме обавестили, да без обзира на објективне проблеме изазване вишом силом, неће бити обуставе гаса за Србију. Бескрајно хвала Азербејџану и председнику @presidentaz којег са великим нестрпљењем ускоро очекујем у Београду.
— Александар Вучић (@predsednikrs) January 12, 2025
Oxşar xəbərlər
Ayxan Hacızadə: Jan Noel Baronun Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik
6 may tarixində Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik. BA...