Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti ilə görüşüb

Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti ilə görüşüb
Foto
İqtisadiyyat 20

Asiya İnfrastruktur İnvestisiya Bankının Azərbaycanda gələcək fəaliyyət prioritetləri, Bankın dəstəyi ilə ölkəmizdə yaşıl enerji və infrastrukturun inkişafı üzrə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

BAKU.WS xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) prezidenti Jin Liqun ilə görüşüb.

Nazir Azərbaycanın 2016-cı ildən Bankla əməkdaşlıq etdiyini və ölkəmizin bu tərəfdaşlığa önəm verdiyini bildirib. Bankın üzv ölkələrdə infrastrukturun inkişafına verdiyi dəstək qeyd olunub. Dayanıqlı inkişafın təmin olunması, o cümlədən, yaşıl iqtisadiyyata keçid, yaşıl enerjinin təşviqi ilə bağlı ölkəmizdə görülən işlər diqqətə çatdırılıb. Bankla əməkdaşlıq çərçivəsində prioritet layihələr barədə məlumat verilib.

AİİB-nin prezidenti Jin Liqun təmsil etdiyi qurumun Asiya regionunda iqtisadi artımın stimullaşdırılması və infrastrukturun inkişafı istiqamətində həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb, Bankın Azərbaycanla səmərəli əlaqələrini qeyd edib, tərəfdaşlığın inkişafı imkanları barədə fikirlərini bölüşüb.

Görüşdə tərəflər arasında potensial əməkdaşlığın əsas istiqamətləri, AİİB-nin Azərbaycanda gələcək fəaliyyət prioritetləri, o cümlədən, yaşıl enerji və infrastrukturun inkişafı üzrə perspektiv layihələr haqqında müzakirələr aparılıb.

*** 10:43

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Asiya İnfrastruktur İnvestisiya Bankının Prezidenti Cin Liqun ilə görüşüb.

BAKU.WS xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün "X" hesabında bildirib:

"Ölkəmizin bankla uğurlu əməkdaşlığı çərçivəsində icra edilən layihələrin səmərəli nəticələri, iqtisadi artımın stimullaşdırılmasında və yaşıl iqtisadiyyata keçiddə birgə fəaliyyətin perspektivləri barədə fikirlərimizi bölüşdük".

Son xəbərlər