ABŞ-nin birinci xanımları arasında gərginlik: Çay dəvətini rədd etdi

ABŞ-nin birinci xanımları arasında gərginlik: Çay dəvətini rədd etdi
Dünya 36633

Amerika Birləşmiş Ştatlarının mövcud və yeni birinci xanımları arasında gərginlik yaşanır.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Melaniya Tramp Cill Baydenin Ağ Evdə təşkil edəcəyi çay dəvətini rədd etdi. Bu qərarın səbəbi ilə bağlı müxtəlif iddialar var.

Halbuki, vəzifənin təhvil verilməsi ərəfəsində birinci xanımların çay dəvətində bir araya gəlməsi 100 illik bir ənənədir və Melaniya Tramp bu ənənəni pozmuş olub.

Gözlənilməz qərarın səbəbi məlum deyil. İddialardan birinə görə, Melaniya Tramp çay dəvətində iştirak edə bilməyəcəyini, öncədən planlaşdırılan kitab təqdimatı tədbiri ilə toqquşduğunu bildirib. Lakin, əsas səbəbin fərqli olduğu yönündə iddialar da var.

İddialara görə, Melaniya Tramp iki il əvvəl malikanəsində FTB basqını aparılmasına görə etirazını bildirib. Çünki həmin basqının həyata keçirilməsini Co Bayden istəyib.

FTB agentləri Melaniya Trampın geyim çəkməcələrini belə axtarışdan keçirmişdilər. Buna görə birinci xanımın Bayden ailəsinə etiraz olaraq çay dəvətini qəbul etmədiyi iddia edilir.

Bəs, Melaniya Tramp əri yenidən prezident kürsüsünə oturanda da ənənələri pozmağa davam edəcəkmi? Amerika mediasına görə, Melaniya Tramp Ağ Evdə tam olaraq birinci xanım olmaq istəmir. O, vaxtının çoxunu Floridadakı malikanələrində keçirmək istəyir.

Trampın seçki kampaniyası zamanı cəmi bir neçə dəfə ictimaiyyətə çıxması onun kölgədə qalmaq istədiyi gözləntilərini gücləndirir.

Son xəbərlər