Azərbaycan Çin şirkətləri ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq sənədləri imzalayıb
Noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanla Çin şirkətləri arasında "yaşıl enerji" sahəsində bir neçə sənəd imzalanıb.
BAKU.WS bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bunlar,
- Füzuli rayonunda 160 MVt gücündə günəş enerjisi layihəsi üzrə Energetika Nazirliyi, "China Energy Overseas Investment Co. Ltd." şirkəti və "SOCAR Green" MMC arasında İcra Müqaviləsi,
- Energetika Nazirliyi və "China Energy Overseas Investment Co. Ltd" şirkəti arasında Azərbaycanda bərpa olunan enerji sahəsində əməkdaşlıq üzrə Anlaşma Memondumu
- Energetika Nazirliyi və "China Datang Co. Ltd" şirkəti arasında Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumudur.
Sənədlər bərpa olunan enerji layihələrinə investisiya qoyuluşu, texniki-iqtisadi əsaslandırmanın, müvafiq tədqiqatların aparılması, Azərbaycanda bərpa olunan enerji üzrə Tədqiqat və İnkişaf Mərkəzinin yaradılması imkanlarının araşdırılması istiqamətlərində əməkdaşlığı nəzərdə tutur.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanlı turistlərin nəyə pul xərclədiyi məlum oldu
2021–2025-ci illərin yanvar–sentyabr aylarında ölkədaxili turizm səfərləri etmiş şəxslərin sayında davamlı artım qeydə alınıb. Media Təhlil Mərkəzindən (MTM) BA...