Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb
Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi bərpa edilib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat verilib.
Bildirilib ki, yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
***14/11/2024 ...22.23
Müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.
Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
Oxşar xəbərlər
Paytaxtın iki rayonunda su olmayacaq
Bakının Qaradağ və Səbail rayonlarının bəzi ərazilərində içməli suyun verilişində fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiy...