Azərbaycan neftinin qiyməti 78 dolları keçib
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,78ABŞ dolları, yaxud 2,3 % artaraq 78,78 ABŞ dolları təşkil edib.
BAKU.WS xəbər verir ki, bu barədə report-a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 76,18 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Oxşar xəbərlər
"SOCAR Türkiyə Enerji" yeni neft-kimya güclərinin yaradılmasına tələb olunan investisiyaların həcmini açıqladı
"SOCAR Türkiyə Enerji" şirkəti ölkədə yeni neft-kimya güclərinin yaradılmasına investisiya qoyuluşunu 7 milyard ABŞ dolları məbləğində qiymətləndirir. BAKU.WS r...