Azərbaycan Türkiyədən meyvə-tərəvəz idxalına çəkdiyi xərci 17 % artırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən il Azərbaycan Türkiyədən 23,325 milyon ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsulları idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 17 % çoxdur.
Təkcə dekabrda Türkiyə Azərbaycana 1,766 milyon ABŞ dollarlıq meyvə və tərəvəz məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 6 % çoxdur.
Hesabat dövründə Türkiyənin meyvə və tərəvəz məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 13,5 % artaraq 2,728 milyard ABŞ dollarına, dekabrda isə 5,3 % artaraq 248 milyon ABŞ dollarına çatıb.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...