Tanınmış seysmoloqdan XƏBƏRDARLIQ - Bu ərazilərdə 7.2 bal gücündə zəlzələ ola bilər

Tanınmış seysmoloqdan XƏBƏRDARLIQ - Bu ərazilərdə 7.2 bal gücündə zəlzələ ola bilər
Dünya 446

Türkiyəli professor Dr.Hasan Sözbilir İzmir şəhəri ilə bağlı dəhşətli açıqlama verib.

BAKU.WS xəbər verir ki, o şəhərdə 7.3 bal gücündə zəlzələ yaradacaq 4 qırılma xətti olduğunu vurğulayıb:

"İzmirdə quruda 17 potensial aktiv qırılma var. Bunlardan dördü zəlzələ yarada biləcək gücə malikdir. Dənizdə də bir o qədər qırılma xətti var. Ümumilikdə isə 40-a yaxın qırılma xətti mövcuddur. Tədqiqatlarımızda bu qırılma xətlərinin 7,2 bal gücündə zəlzələyə səbəb olacağını müəyyən etmişik.

Bu zəlzələrdən biri Tuzla ərazisinə yaşana bilər. Daha sonra Gülbahçe, Seferihisar və İzmir qırılma xəttləri gəlir. Bu 4 qırılma xətti əslində İzmir üçün ən böyük zəlzələ təhlükəsini yaradır. Çünki bu xəttlər şəhərin mərkəzinə çox yaxındır. Hesab edirəm ki, mümkün zəlzələ indiki şəraitdə ciddi can və mal itkisinə səbəb ola bilər."

Son xəbərlər