İran Suriyaya bütün uçuşları 22 yanvara qədər dayandırdı
İran şirkətləri Suriyaya olan bütün aviareysləri 22 yanvara qədər ləğv edib.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu qərar iki ölkə arasında hava əlaqəsinin Dəməşqdəki yeni hakimiyyətlə razılaşdırılmaması ilə bağlıdır.
İran İslam Respublikasının Mülki Aviasiya Təşkilatının rəhbəri Hüseyn Purfərzanə bildirib ki, Suriyaya uçuşlar 22 yanvara qədər qadağan edilsə də, Livan istiqamətinə heç bir məhdudiyyət yoxdur.
Təşkilat rəhbərinin qeyd etdiyi kimi, hava əlaqəsini bərpa etmək üçün təyinat ölkəsindən icazə almaq lazımdır. Eyni vəziyyət Misirlə bağlı da mövcuddur.
"Hər iki ölkənin hakimiyyəti razılığa gəlməlidir ki, biz İrandan Misirə və geriyə uçuşlar həyata keçirə bilək", - deyə o, əlavə edib.
Oxşar xəbərlər
İranlıların 39 faizi ölkədən qaçmağa hazırdır
İranlıların 39 faizi ölkədən mühacirət etməyə hazırdır. "Azad İran" xəbər verir ki, bunu Demoqrafik Araşdırmalar İnstitutunun Tədqiqat Şurasının katibi Rəsul Sa...