Qazaxıstandakı Azərbaycan səfirliyi önünə gül dəstələri düzülür
Qazaxıstan sakinləri Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə əlaqədar Azərbaycana dəstək nümayiş etdirirlər.
BAKU.WS xəbər verir ki, vətəndaşlar qəza qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq və hadisədən sarsıldıqlarını ifadə etmək üçün Azərbaycanın Qazaxıstandakı səfirliyinin qarşısına gül dəstələri gətirirlər.
Xatırladaq ki, AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. Təyyarədə 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər (37 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub.
Oxşar xəbərlər
Vaşinqton Avropadakı müharibəni bitirə biləcək? Zelenski ABŞ-də nələrdən danışdı?
ABŞ administrasiyası Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində üç mərhələli yanaşma irəli sürüb. Baku TV-nin məlumatına görə, Ukrayna Prezidenti...