Təyyarə qəzasında həlak olanların cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Hava Yolları"nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərin və ekipaj üzvlərinin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) və "Azərbaycan Hava Yolları" QSC-nin birgə məlumatında deyilir.
Eyni zamanda, xəsarət alanların AZAL-ın xüsusi reysi ilə ölkəyə gətirilməsi planlaşdırılır. Xəsarət almış sərnişinlər həkim rəyləri əsasında sağlamlıq vəziyyəti imkan verdiyi halda sözügedən reyslə Bakıya çatdırılacaqlar.
Bununla bağlı Azərbaycanın və Qazaxıstanın aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər görülür.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...