Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Ev rəhbəri Co Baydenin Ukrayna Silahlı Qüvvələrinin ABŞ istehsalı raketlərlə Rusiyanın dərinliklərinə zərbələr endirməsi ilə bağlı qərarını münaqişəni alovlandırmaq və genişləndirmək cəhdi kimi qiymətləndirib.
BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Bu gün cənab Bayden münaqişəni daha da alovlandırmaq, onun sona çatmasına mane olmaq və genişləndirmək məqsədi daşıyan bir addım atıb. Cənab Baydenin bu qərarı münaqişənin eskalasiyasına səbəb olmaqla yanaşı, Rusiyanın daha sərt reaksiyasını da gətirib çıxaracaq",- deyə Türkiyə lideri vurğulayıb.
Ərdoğan qeyd edib ki, Ankara bu qərarı düzgün hesab etmir və onu dəstəkləmir. O, həmçinin bildirib ki, Ukrayna və Rusiya sakitliyi qoruyaraq və təxribatlara uymayaraq sülhə nail olmağa fokuslanmalıdır.
Oxşar xəbərlər
Tanınmış müğənni narkotik istifadəçisi qızının son halını paylaşdı
Türkiyəli müğənni Umut Akyürek narkotik maddə qəbul edən qızı ilə bağlı paylaşım edib. BAKU.WS xəbər verir ki, o sosial şəbəkədə qızı Melek Balın yeni görüntüs...