Azərbaycanın Ukraynadakı səfirliyi təhlükəsizliklə bağlı çağırış edib

Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan həmvətənlərimizə çağırış edib.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, çağırışda bildirilir ki, ölkədə təhlükəsizlik risklərinin artması ilə bağlı yayılmış məlumatları nəzərə alaraq 21-22 noyabr tarixlərində konsulluq qəbulu aparılmayacaq:
"Səfirlik Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi və yerli dövlət orqanlarının bütün tövsiyələrinə əməl olunması, hava həyəcanı siqnalına riayət olunmaqla sığınacaqlara keçmələrini bir daha xahiş edir. Konsulluq qəbulunun aparılmayacağı bu tarixlərdə vətəndaşlarımızın üzləşə biləcəkləri, təcili və təxirəsalınmaz tədbirlərin tələb olunduğu hallarla bağlı +380 95 056 95 57 telefon nömrəsinə zəng vurmağı xahiş edirik", - səfirlikdən bildirilib.
Oxşar xəbərlər
Azərbaycanla Argentina arasında iqtisadi əməkdaşlığa dair protokol imzalanıb
Buenos-Ayresdə Azərbaycanla Argentina arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə protokol imzalanıb. Bu barədə Azərbaycanın Latın Amerikası ölkəsindəki səfirl...
