MOVE: 2040-cı ilə qədər Orta Dəhlizlə illik daşınma 1,3 milyon TEU ola bilər
Avropa, Qafqaz və Mərkəzi Asiya arasında dayanıqlı nəqliyyat əlaqələri inkişaf etdirilməlidir.
"Report" xəbər verir ki, bunu Avropa Komissiyasının Baş Hərəkət və Nəqliyyat Müdirliyinin (MOVE) baş direktorunun müavini Maja Bakran Marciç COP29 çərçivəsində təşkil olunmuş "Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar" mövzusunda nazirlərin dəyirmi masasında bildirib.
"Rusiya-Ukrayna müharibəsi buna əlavə aktuallıq gətirib. Ümumi uzunluğu təqribən 2 000 km olan Orta Dəhliz Şimal Dəhlizindən qısadır və nəqliyyat müddətini qısaltmaqla həqiqətən də real alternativ olmaq potensialına malikdir. Dəhliz vasitəsilə yüklərin daşınan yüklərin həcmi son 6 ildə 3 dəfə, müharibədən sonra isə 2 dəfə artıb", - deyə o qeyd edib.
Qonaq əlavə edib ki, ümumilikdə prioritet infrastruktur investisiyaları üçün təxminən 18,5 milyard avro lazımdır: "İndi yalnız 5 Mərkəzi Asiya ölkəsindən danışıram. Bu sərmayə ilə 2040-cı ilə qədər Orta Dəhlizdə təxminən 1,3 milyon TEU həcminə çatacağımızı proqnozlaşdırırıq".
Oxşar xəbərlər
Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb
Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bu gün daha 22 ailə (85 nəfər) öz doğma yurduna qovuşub. *** 0...