VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan hərbi sahədə istifadə üçün nəzərdə tutulan "Tufan" zirehli maşınını nümayiş etdirib.

BAKU.WS-in məlumatına görə, zirehli texnika Bakıda keçirilən ADEX -2018 3-cü Beynəlxalq Müdafiə Sərgisində təqdim olunub.

Uzunluğu 7300 mm olan maşının eni 2440 mm, hündürlüyü isə 2820 mm-dir. Maşının təkər bazası 3820 mm-dir.

Ümumi çəkisi 15 min kiloqram olan texnikanın məmulat yükü 12 min kiloqram, faydalı yükü isə 3 min kiloqramdır.

Zirehli maşın yaxın vaxtlarda Azərbaycan Silahlı Qüvvələrinin istifadəsinə veriləcək.

BAKU.WS