Azərbaycan minada partlamayan "Tufanı"nı üzə çıxardı (FOTOLAR)
Müdafiə Sənayesi Nazirliyi (MSN) Azərbaycan mühəndisləri tərəfindən dizayn edilmiş və Azərbaycanın ilk milli minaya qarşı qorumalı nəqliyyat vasitəsi olan "Tufan” maşınının eksperimental nümunəsinin təqdimatını keçirib.
Azertac-ın məlumatına görə, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən yaradılan "Tufan”ın təqdimatında MSN rəhbərliyi ilə yanaşı Silahlı Qüvvələrin və digər güc strukturlarının nümayəndələri iştirak ediblər.
Maşın barədə təqdimatla çıxış edən müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədov qeyd edib ki, "Tufan”ın ümumi çəkisi 12300 kq, faydalı yükü 3000 kq, heyəti 2 nəfərdir. Maşın 8 desant 8 daşıyır. Maşının uzunluğu 7360 mm, eni 2440 mm,hündürlüyü 2820 mm-dir. "Tufan”ın sürəti 85 km/saat, gediş ehtiyatı 900 km təşkil edir. Maşın 230 at gücündə 8 silindrli, dördtaktlı maye ilə soyuducunun KAMAZ EVRO 2 dizel mühərriki və mexaniki transmissiyaya ilə təchiz olunub. Sifarişdən asılı olaraq maşın istənilən digər növ mühərrik və transmissiyaya ilə təchiz oluna bilər.
MAKA -nın baş direktoru Alçın Şirinzadə qeyd edib ki, "Tufan” xarici dizaynına görə, MSN tərəfindən istehsal edilən, eləcə də Azərbaycan Ordusunun silahlanmasındakı digər MRAP tipli maşınlardan fərqlənir. Nəqliyyat vasitəsi NATO-nun STANAG 4569 standartının 3-cü səviyyəsinin tələblərinə cavab verir. Zirehi üfüqi müstəvidə 360 dərəcə bucaq altında 30 metr məsafədən atılan 7,62×51 mm AP M993 tipli zirehdələn güllədən, 60 m məsafədə partlayan 155 mm-lik qəlpə fuqas mərminin qəlpələrindən və partlayış dalğasından, təkər altında partlayan tank əleyhinəfuqas tipli minadan (8 kq TNT ekvivalenti) qorumanı təmin edir.
Tədbirdə maşının taktiki-texniki göstəriciləri barədə məlumat verilib. Qeyd olunub ki, maşının yaradılması 2016-cı ilin sonlarında yekunlaşdırılıb.
Sınaqlardan sonra eyni şassi üzərində tibbi yardım, radioelektron mübarizə, polis, kəşfiyyat versiyalarının yaradılması planlaşdırılır.
Maşının üzərində MAKA tərəfindən yaradılmış məsafədən idarə olunan döyüş modulu yer alır. Döyüş modulu 12.7×108 mm çaplı NSVT pulemyotu və tüstü qumbaraları ilə silahlandırılıb. Modulun döyüş dəsti 300 patron, atış məsafəsi 2000 metrdir. Bütün proqram təminatı yerli mütəxəssislər tərəfindən işlənilmiş modulun üzərində gündüz və termal kameraların və lazer məsafəölçən yer alır. Gündüz kamerası ilə müşahidə məsafəsi 5000 metr, gecə kamerası ilə 800 metr, lazer məsafəölçənlə ölçmə məsafəsi 2000 metrdir. Məlumat verilib ki, modula müxtəlif kalibrli silahlar yerləşdirilə bilir.
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev DSX Sahil Mühafizəsinin “Tufan” gəmisində (FOTO)
Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası...