VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə reyd keçirib.

BAKU.WS salamnews-a istinadən xəbər verir ki, reyddə yol polisi yol hərəkəti qaydalarını pozan, sənədlərində problem olan qadın sürücülərə cərimə əvəzinə gül dəstəsi və hədiyyələr verib. Aksiya şəhərin mərkəzi küçə və prospektlərində həyata keçirilib. Yol polisinin saxladığı qadın sürücülər arasında müğənni Elza Seydcahan da olub.
 
Vaqif Əsədov jurnalistlərə bildirib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə gün ərzində Bakıda "Nümunəvi qadın sürücü" devizi altında keçirilən ənənəvi aksiya çərçivəsində, şəhərin mərkəzi küçə və prospektlərində "Yol hərəkəti haqqında" Qanunun tələblərini pozmayan xanım sürücülərə müxtəlif hədiyyələr təqdim edir: "Hər bir nümunəvi xanım sürücüyə tərəfimizdən 8 hədiyyə təqdim olunur. Onlar avtomobili pulsuz yumaq, restoranda 2 nəfərlik pulsuz şam etmək, pulsuz yanacaq doldurmaq üçün kuponlar, pulsuz sığorta, telefon danışığı kartları, qida və kosmetika məhsulları, qablar və güllərlə mükafatlandırılırlar.
 
BAKU.WS