Haber Global: Hikmət Hacıyevin Dilican səfərində sülh gündəliyində duran vacib məsələlər müzakirə edildi
Yeniliklərdən dərhal xəbərdar olun
"Haber Global" Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistanın Dilican şəhərinə səfər etməsi və Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşü ilə bağlı videomaterial hazırlayıb.
BAKU.WS xəbər verir ki, süjetdə görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh gündəliyində duran vacib məsələlərin müzakirə edildiyi qeyd olunub.
"Regionda daimi sülh və sabitliyin təşviqi səyləri çərçivəsində ikitərəfli dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb. Tərəflər həmçinin iki ölkənin vətəndaş cəmiyyəti institutları arasında etimadın artırılması məsələlərini də müzakirə ediblər", - deyə süjetdə qeyd olunub.
Oxşar xəbərlər
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak...