Yol polisi sürücülərə MÜRACİƏT ETDİ
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bəzi yollarda yol polisi əməkdaşlarının olmamasından istifadə edərək yol-hərəkət qaydalarını pozan, ələxsus qanunsuz dönmə əməliyyatı edən sürücülərə müraciət edib.
BAKU.WS xəbər verir ki, idarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, ərazidə yol polis əməkdaşlarının olub-olmamasından asılı olmayaraq, bütün qayda pozuntuları kameralar vasitəsilə qeydə alınır:
"Qanunsuz dönmələr yol qəzalarının baş verməsinə səbəb olan əsas xətalardan biridir. Qanunvericilkdə də belə xətanın törədilməsinə yüksək cərimə balı və cərimənin tətbiqi nəzərdə tutulur. Avtomobil sürücülərinə və sahiblərinə bildirirəm ki, ərazidə polis əməkdaşının xidmət aparıb-aparmamasından asılı olmayaraq kameralar vasitəsilə hər şeyə nəzarət olunur. Sürücülər diqqətli olsunlar, belə kobud şəkildə yol qaydalarını pozmasınlar".
BAKU.WS
Oxşar xəbərlər
Yol polisi sürücülərə müraciət etdi
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib. İdarənin ictimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov AP...