Səbail rayonunda piyada keçidi problemi: Sakinlərin həyatı TƏHLÜKƏDƏ

Səbail rayonunda piyada keçidi problemi: Sakinlərin həyatı TƏHLÜKƏDƏ
Video
Sosial 18

Səbail rayonu, Salyan şosesində yerləşən küçənin sakinləri illərdir bir sualın cavabını axtarırlar: bu yoldan Limana necə keçək? Onların yaşadıqları küçənin adı Limandır.

Amma oraya çatmaq üçün nə piyada keçidi var, nə də təhlükəsiz yol. Piyadalar hər gün həyatlarını riskə ataraq yolu keçməyə çalışırlar.

Sakinlərin sözlərinə görə, yaxınlıqda yerüstü keçid var, lakin onlar həmin keçiddən istifadə edə bilmirlər.

"Hər gün yolu keçəndə həyatda qalmaq üçün mübarizə aparırıq. Yaşlı nəsil ümumiyyətlə yolu keçə bilmir", - deyə sakin Baku TV-yə bildirib.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən isə bildirilib ki, Liman küçəsində mövcud işıqforlara əlavə piyada bölmələrinin təşkil edilməsi üçün aidiyyəti quruma təklif göndərilib.

O da vurğulanıb ki, piyada keçidi üçün nişanlama xətlərinin çəkilməsi piyada bölməsi quraşdırılacağı təqdirdə mümkün ola bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər