SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması işləri çərçivəsində oktyabrın 3-dən etibarən yüksək təzyiqli qaz borularının dəyişdirilməsi işlərinə start veriləcək.

"Azəravtoyol” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu səbəbdən sözügedən tarixdə səhər saat 10:00-dan etibarən 15 gün müddətinə Zığ-Hövsan yolunun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülər alternativ olaraq Zığ-Suraxanı avtomobil yolundan yolundan istifadə edərək yenidən Hövsan yoluna çıxmaqla və ya Zığ-Hava limanı avtomobil yolundan (beton yol) istifadə edərək birbaşa Hövsan qəsəbəsinə daxil olmaqla hərəkət istiamətlərinə uyğun yollarına davam edə bilərlər.

BAKU.WS