Kiyev ABŞ ilə imzalanan sazişin detallarını açıqladı

Ukrayna Prezident Ofisi ABŞ ilə imzalanmış nadir metallar üzrə sazişin mahiyyətini açıqlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə danışan Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak qeyd edib ki, bu, Ağ Evin Ukrayna probleminin həllindən kənara çəkilməyəcəyi deməkdir:
"Bu, heç mümkün də deyildi. Ukraynadakı müharibə ondan sonra mövcud olacaq qlobal münasibətlər formatını müəyyən edir. Birləşmiş Ştatlar bu formatda da dominantlıq etmək istəyir. Onlar, əlbəttə ki, həm Avropaya, həm qlobal ticarətə, həm qlobal iqtisadi və siyasi münasibətlərə birbaşa təsir edəcək".
M.Podolyak nadir metallarla bağlı sazişlə bağlı iki hissəni xüsusi qeyd etmək istədiyini deyib.
"Sazişin iqtisadi hissəsi nəzərdə tutur ki, Ukrayna ərazi baxımından bu və ya digər mineralları, o cümlədən nadir torpaq elementlərini, həmçinin neft, qaz sahəsində işləməyə imkan verəcək. ABŞ-yə Ukraynada böyük infrastruktur layihələrinə daxil olmaq imkanı veriləcək. Birləşmiş Ştatlar öz növbəsində investisiya qoymağa və ya investisiya cəlb etməyə hazır olacaq".
Prezident Ofisinin müşaviri hesab edir ki, Birləşmiş Ştatlar məhsulun maya dəyərini azaltmaq və onun satış qiymətini özü üçün artırmaqdan ötrü texnologiyalara sərmayə qoymağa hazır olacaq. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Ukraynadan olan məhsulların keyfiyyətcə rəqabətli olması üçün qlobal bazarları açacaq.

O vurğulayıb ki, bundan əlavə, bu sövdələşmə çərçivəsində qazanılan pullar məlum fondda qalır və Ukrayna sənayesinə yenidən investisiya edilir.
"İqtisadi baxımdan burada hər şey aydın və faydalıdır. Daha bir amil var. Bu sövdələşmə bizə, o cümlədən, Birləşmiş Ştatlardan silah almaq imkanını birbaşa açır. Niyə? Çünki bu, aktivdir. Yəni Birləşmiş Ştatlar Ukrayna ərazisində aktivlər əldə edir. Aktivləri qorumaq lazımdır. Aktivləri qoruyacaqsansa, bu o deməkdir ki, sən Ukraynaya əraziləri qorumaq imkanı verməlisən. Birləşmiş Ştatlar üçün potensial olaraq faydalı olan aktivlərin başqa ələ keçirilməsinə imkan verməməlisən", - o deyib.
M.Podolyak qeyd edib ki, Rusiya əraziləri ələ keçirəndə bu və ya digər ərazilərin işlənməsinə, o cümlədən Çini cəlb edir və müvafiq olaraq, qlobal qarşıdurma çərçivəsində dolayı yolla Çini gücləndirir:
"ABŞ çətin ki, Rusiya vasitəsilə birbaşa rəqibin güclənməsində maraqlı olsun. Və buna görə də, əlbəttə ki, bu, bizim üçün həm təhlükəsizlik baxımından, həm də güc əldə etmək imkanı baxımından faydalıdır. Buna görə də Birləşmiş Ştatlar bu gün, mənim fikrimcə, Rusiyanı, müharibənin nə olduğunu və sülhə necə gəlməyi, burada hansı addımların atılmalı olduğunu daha real qiymətləndirir və Ukrayna ilə tərəfdaşlığa daha praqmatik, son dərəcə məhsuldar yanaşır. Yəni biz həqiqətən də tərəfdaşlarıq".
Oxşar xəbərlər
Üç yerdə Njdeyə abidə qoyan Ermənistanın faşizm sevgisi
Baku TV-nin "Aktual gündəm" verilişinin yeni buraxılışında 9 May - Qələbə Günü ilə bağlı müzakirə aparılıb. Proqramda 600 mindən çox azərbaycanlının döyüşdüyü B...
