SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı şəhəri Nizami rayonunun Qara Qarayev prospektində aparılan təmir işləri ilə əlaqədar olaraq iyunun 30-dan iyulun 1-nə keçən gecə prospektin bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətli tam olaraq məhdudlaşdırılır.
 
Bu, "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumatda deyilir. 
Ərazidə hərəkətin məhdudlaşdırması Q.Qarayev prospektinin Şirin Mirzəyev küçəsindən Rüstəm Rüstəmov küçəsi istiqaməti üzrə (Dakar meydanınadək) olan hissəsində tətbiq olunacaq.

Digər hərəkət istiqaməti - R.Rüstəmov küçəsindən "Qara Qarayev" metro stansiyası yerləşən əraziyə doğru hərəkət istiqamətində hər hansı bir məhdudiyyət tətbiq olunmur.
 
BAKU.WS