Güclü qar Cəlilabadda nəqliyyatın hərəkətində problemlər yaradıb - FOTO
14
yan
2024
09:11
Güclü qar və çovğun Cəlilabad rayonunda nəqliyyatın hərəkətində problemlər yaradıb.
Günorta saatlarından yağmağa başlayan qar artıq intensiv şəkildə müşahidə olunur. Nəticədə Cəlilabad şəhəri ərazisində avtomobil yollarında nəqliyyatın hərəkəti çətinləşib.
Hadisə şahidlərinin sözlərinə görə, yolun buzlu olması nəticəsində bir neçə kiçik yol qəzaları da baş verib.
Müvafiq orqanlar tərəfindən yollar qar örtüyündən təmizlənir.//report
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...