Paşinyanın selfi çəkdirdiyi hərbi texnikalar bir-bir məhv edilir - FOTO

Ermənistan Baş naziri Nikol Paşinyanın selfi çəkdirdiyi hərbi texnikalar ordumuz tərəfindən məhv edilir.
Daha öncə Ermənistanın ötən ilin dekabrında Rusiyadan sifariş verdiyi “Tor-M2KM” zenit-raket kompleksinin Azərbaycan ordusu tərəfindən məhv edildiyi xəbərini vermişdik.
Dünən isə cəbhənin Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Qeyd edək ki, rəsmi məlumatlara əsasən, dünən gecə isə cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də iki tank, iki PDM, dörd D-30 haubitsa topu, bir 2A36 “Qiasint-B” topu, yeddi ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Oxşar xəbərlər
Paşinyanın önündə şəkil çəkdirdiyi raket kompleksi məhv edilib - FOTO
Ermənistanın ötən ilin dekabrında Rusiyadan sifariş verdiyi “Tor-M2KM” zenit-raket kompleksi bu gün Azərbaycan ordusu tərəfindən məhv edilib. BAKU.WS Trend-ə is...
