Dünyanın ən varlı adamlarının sərvəti son on ildə 33,9 trilyon dollar artıb
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyanın ən varlı adamlarının sərvəti 2015-ci ildən real ifadədə 33,9 trilyon dollar artıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Oxfam"ın Sevilyada BMT-nin inkişafın maliyyələşdirilməsi üzrə konfransından əvvəl dərc edilmiş yeni hesabatında deyilir.
Qeyd olunub ki, şəxsi sərvətdəki astronomik artım humanitar yardımın rekord dərəcədə azalması ilə müşayiət olunub. Belə ki, "G7" ölkələri 2024-cü illə müqayisədə 2026-cı ildə onu 28% azaldacaq. Bu da 1960-cı ildən bəri ən kəskin azalma deməkdir.
Vurğulanıb ki, dünyanın 3000 milyarderinin sərvəti 2015-ci ildən bəri 6,5 trilyon dollar artaraq qlobal ÜDM-in 14,6%-nə çatıb. Eyni zamanda, 1995-ci ildən 2023-cü ilə qədər özəl kapital 342 trilyon dollar artıb. Bu da dövlət aktivlərindən 8 dəfə çoxdur (44 trilyon dollar).
Bu arada, ən yoxsul ölkələrin 60%-i səhiyyə və təhsildən daha çox borca vəsait ayırır. Aşağı gəlirli ölkələrin borcunun yarıdan çoxunu təşkil edən özəl kreditorlar restrukturizasiyadan imtina edərək, sərt şərtlər qoyaraq vəziyyəti daha da pisləşdirirlər.
Oxşar xəbərlər
Qan təzyiqini tənzimləməyə kömək edən 7 meyvə açıqlanıb
Bəzi meyvələr tərkibindəki kalium, C vitamini və antioksidant xüsusiyyətli bitki birləşmələri sayəsində qan təzyiqinin normal səviyyədə saxlanmasına kömək edə b...