VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilər.

BAKU.WS xəbər verir ki, tanınmış teleaparıcı, teletənqidçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli döyülüb.

Əlibəyli bu barədə sosial şəbəkədə məlumat yayıb. O, baş verənlərlə bağlı daxili işlər naziri Vilayət Eyvazova müraciət ünvanlayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/72370


Dünən yaş həddinə görə təqaüdə göndərilən Baş nazirin keçmiş müavini Hacıbala Abutalıbov bundan sonra elmi fəaliyyətlə məşğul olacaq. Bu barədə Abutalıbov yaxın ətrafına bildirib.

BAKU.WS Qaynarinfo-ya istinadla xəbər verir ki, Abutalıbov deyib ki, gələn həftədən etibarən mütəmadi olaraq Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) iş yerinə gedəcək.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/72389


Bu gündən Formula-1 Azərbaycan Qran Prisi 2020-nin biletlərinin satışına başlanılır.

Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib. Onun sözlərinə görə, biletlər bu gündən şirkətin rəsmi veb saytında satışa çıxarılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/sports/72393


Bakıda 2 gün bir çox yollar bağlanacaq. Bakı şəhər Dövlət Yol Polis İdarəsi avtomobil sahiblərinə və sürücülərə müraciət edib.

Qurumun mətbuat ximətinin rəhbəri Vaqif Əsədov BAKU.WS-ə bildirib ki, 25-26 oktyabr 2019-cu ildə Bakı şəhərində “Qoşulmama Hərəkatı”na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulur.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/lifestyle/72397


Azərbaycanda maraqlı hadisə qeydə alınıb.

BAKU.TV-nin Xəbərlər buraxılışına xəstəxanadan canlı bağlantı ilə qoşulan müxbir İlhamə Kələyeva xəbər verir ki, 40 ildən sonra 64 yaşlı qadın və 70 yaşlı kişinin əkiz övladları dünyaya gəlib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/lifestyle/72400


Dünən Baş nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbov vəzifədən azad edilmələri üçün Prezident İlham Əliyevə ərizə yazıblar. Prezident onları qəbul edərək göstərdikləri xidmətə görə təşəkkür edib və onları pensiyaya yola salıb.

Prezident həmçinin Abutalıbov və Həsənovun bu addımlarını yüksək qiymətləndirib və digərləri üçün də nümunə olacağına ümid etdiyini söyləyib.

Bəs görəsən yaşı 70-dən yuxarı olan və hazırda iqtidarda təmsil olunan məmurlar kimlərdir?

BAKU.WS bununla bağlı araşdırma edib. Həmin şəxslərin siyahısını təqdim edirik.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/72403


Bu gün Bakıda Teatr Xadimləri İttifaqının 14-cü konfransı keçirilib.

BAKU.WS Redaktor.az-a istinadla xəbər verir ki, tədbirdə qalmaqal baş verib. Belə ki, Xalq artisti Afaq Bəşirqızı etiraz əlaməti olaraq konfransı yarımçıq tərk edib. O, Teatr Xadimləri İttifaqını və onun sədri Xalq artisti Azər Paşa Nemətovu sərt şəkildə tənqid edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/mdniyyt/72409


Prezident İlham Əliyev Şahin Mustafayevin Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/72417


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ş.A.Mustafayevin Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/hot_news/72418

BAKU.WS