SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, 2016-cı ildə aprel döyüşlərinin iştirakçısı olmuş qazi Ayaz Cumayevin ailəsində əlamətdar gündür.

A.Cumayevin üçəm övladı dünyaya gəlib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/70137


AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ikinci qızı Sanay Yağmur bacısı Selcanı dəstəkləyib.

BAKU.WS xəbər verir ki, bu barədə o, “Facebook” profilində paylaşdığı postda belə yazıb:

“Selcanın bütün dedikləri doğrudur. Kimin nə deməsindən asılı olmayaraq, bizim “ailə”də şiddət olub”.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/70136


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva neftçiləri peşə bayramı münasibəti ilə təbrik edib.

Təbrik mətnini bu linkdən oxuya bilərsiniz - https://baku.ws/social/70144


Bu uşaq "Qarabağ" - "Sevilya" matçından əvvəl etdiyi hərəkəti ilə gündəm oldu.

Matç başlamazdan əvvəl "Seviilya" futbolçuları ilə birgə meydana çıxan azyaşlılardan birinin hərəkəti isə sosial şəbəkədə müzakirəyə obyektinə çevrilib. Avropa Liqasının himni oxunarkən ispan futbolçuların qarşısında dayanan azyaşlılardan biri 3 barmağı işarə edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/sports/70146


Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılov borca görə məhkəməyə verilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, deputat ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci il tarixdə 300 min ABŞ dolları məbləğində borc alıb. Ona borc verən şəxslə deputat ailəvi yaxın münasibətlərdə olub.

Lakin deputat borcu vaxtında ödəyə bilməyib. R.Cəbrayılov hətta borcu vəd etdiyi vaxtında qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatının vəsiqəsinin əslini girov qoyub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/70157


Bakı şəhər İcra Hakimiyyətindən alınaraq Bakı Nəqliyyat Agentliyinin (BNA) ixtiyarına verilən parkinqlərlə bağlı narazılıqlar səngimək bilmir. Belə ki, vətəndaşlar evinin yaxınlığında güzəştli parkinqlərdən istifadə etməklə bağlı vahid qaydanın olmamasından gileylənirlər.

Parkinqlərlə bağlı paytaxt Bakıda vəziyyət necədir? Paytaxt sakinlərinə bu tip güzəşltlər edilirmi? Bu suallara cavab tapmaq üçün Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mayis Ağayevə müraciət etdik.

O, BAKU.WS-ə bildirib ki, vətəndaşlara yaşadıqları ərazi üzrə fərdi parklanma talonlarının verilməsi planlaşdırılır.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/69919


Bir neçə gün əvvəl Bakıda sürücü Fəxrəddin Nəsirov tərəfindən ağır küçə söyüşləri ilə təhqir olunan Nərimanov rayon Yol Polisi Şöbəsinin tağım komandiri Mehdi Səlimov tutduğu vəzifədən azad olunub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/70176

BAKU.WS