ABŞ ordusu "F-15" qırıcısının vurulması ilə bağlı xəbərlərə münasibət bildirib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran hərbçiləri tərəfindən "F-15" qırıcısının vurulması barədə yayılan məlumatlara münasibət bildirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, CENTCOM "X" sosial şəbəkəsindəki səhifəsində təyyarənin itirilməsi ilə bağlı iddiaları təkzib edib.
"Yalan: İran rejiminin yaxın vaxtlarda İran üzərində ABŞ-yə məxsus "F-15" qırıcısını vurduğu barədə şayiələr yayılır. Həqiqət: "Epik qəzəb" əməliyyatı çərçivəsində ABŞ qüvvələri 8 000-dən çox döyüş uçuşu həyata keçirib. İran ABŞ-yə məxsus heç bir qırıcı təyyarəni vurmayıb", - bəyanatda deyilir.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...