İran Trampın 48 saatlıq ultimatumuna cavab verdi
Birləşmiş Ştatlar Prezidenti Donald Tramp 48 saat ərzində Hörmüz boğazı gəmilərin sərbəst keçidi üçün tam açılmayacağı təqdirdə, İranın elektrik stansiyalarına zərbələr endirməyə hazır olduğunu bəyan edib.
BAKU.WS "lenta.ru"ya istinadən xəbər verir ki, İran Trampın 48 saatlıq ultimatumuna cavab verib.
"Xatəm əl-Ənbiya" hərbi komandanlığının mərkəzi qərargahının sözçüsü qeyd edib ki, ABŞ İrandakı yanacaq və ya enerji infrastrukturuna hücum edərsə, İran da öz növbəsində ABŞ-nin və onun regiondakı müttəfiqlərinin enerji, informasiya texnologiyaları və duzsuzlaşdırma infrastrukturuna hücum edəcək.
Oxşar xəbərlər
Britaniyanın nüvə sualtı qayığı Yaxın Şərqdə mövqe tutub
Britaniyanın nüvə sualtı qayığı Yaxın Şərqdə mövqe tutub. BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb. Bildirilib ki, Britaniyanın "HMS...