İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarıldı

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarıldı
Video
Hadisə 486

İstanbulda iki binanın çökməsi nəticəsində bir vətəndaş həlak olub.

BAKU.WS xəbər verir ki, axtarış-xilasetmə əməliyyatı zamanı dağıntılar altından 11 nəfər çıxarılıb.

Onlardan biri həyatını itirib, daha 10 nəfər isə xəsarət alıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

*** 16:06

Türkiyənin İstanbul şəhərində qaz partlayışı nəticəsində uçqun baş verən binaların dağıntıları altından 7 nəfərin çıxarılaraq xəstəxanaya göndərildiyini, daha 1 nəfərin axtarışının davam etdiyini bildirib.

BAKU.WS xəbər verir ki, Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) yaydığı ilkin məlumatlara görə, 9 nəfər uçqun altında qalıb:

"İlkin məlumata görə, ümumilikdə 9 nəfər uçqun altında qalıb. Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD), yanğınsöndürmə idarəsi, Fatih Bələdiyyəsi, polis və digər qurumların əməkdaşlığı ilə xilasetmə işlərinə başlanılıb. İndiyə qədər 7 nəfər xəstəxanaya göndərilib".

*** 14:05

Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda iki bina çöküb.

BAKU.WS xəbər verir ki, dağıntılar altında beş nəfərin qaldığı bildirilir. Onlardan üçü xilas olunub.

Hadisənin qaz partlayışı səbəbindən baş verdiyi iddia olunur.

*** 13:47

Türkiyənin İstanbul şəhərində bina çöküb.

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, hadisə Fatih rayonunda yaşanıb.

Dağıntılar altından bir nəfər xilas olunub.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarıldı

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər