VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, Ermənistan ordusunun 11 hərbçisi yaralanıb.

Məlumata görə, Baqanis kəndi ərazisində "QAZ 66" markalı yük maşını aşıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/dunya/68300


Dünən Bakının Nərimanov rayonu ərazisində Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verib.

Yanğın nəticəsində 8 sex yanıb və 5 milyon manata yaxın ziyan dəyib.

Hadisə yerindən hazırladığımız reportajla bu linkdən tanış ola bilərsiniz - https://baku.ws/incident/68301


2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunanların müvafiq təhsil müəssisələrinə qeydiyyatı başlanıb.

Qəbul olunanlar avqustun 23-dən sentyabrın 2-dək sənədlərini müvafiq təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/68302


Qayınatasını döyən beşqat dünya çempionumuz hakim qarşısına çıxarılıb. Bakı Apellyasiya Məhkəməsində beşqat dünya çempionu Ehram Məcidovun barəsindəki hökmdən verilən apellyasiya şikayətləri və apellyasiya protesti ilə bağlı ilkin baxış iclası keçirilib.

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən iclasda, təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, baxış iclası avqustun 29-na təyin edilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/68304


Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına uyğun olaraq ümumqoşun birliklərinin hava hücumundan müdafiə bölmələri döyüş atışlarını yerinə yetirib.

Təlim məşqləri zamanı hərəkətdə olan müxtəlif parametrli hədəflər döyüş heyətləri tərəfindən aşkar olunaraq məhv edilib.

Görüntülərə bu linkdən baxa bilərsiniz - https://baku.ws/incident/68321


Azərbaycanın xarici ölkələrə olan borcu açıqlanıb.

İyulun 1-nə Azərbaycan Respublikasının xarici dövlət borcu 8 milyard 920 milyon ABŞ dolları (15 milyard 164,1 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19 faizdir (2019-cu il üçün proqnozlaşdırılan 79 milyard 649 milyon manat ÜDM-ə nisbətdə).

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/68327


Müxtəlif dövrlərdə təbii faktorlardan doğan istiləşmə və soyuma iqlim təsirlərinə məruz qalan Yer kürəsi 20-ci əsrdən başlayaraq, qlobal istiləşməni yaxından hiss etməkdədir. Təbii proseslər üzündən baş verən iqlimin tərəddüdləri həmişə müşahidə olunub.

Son illər isə iqlimdə baş verən dəyişikliklər artıq prosesin təbii vəziyyətindən çıxdığının göstəricisi kimi qiymətləndirilir. Məsələ burasındadır ki, qlobal iqlim dəyişikliklərinin atmosfer proseslərinə təsir imkanları artdıqca təbii fəlakətlərin artma tendensiyası da planetimizi daha çox təhdid edir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, biologiya elmləri doktoru Rauf Sultanlı insanların iqlim dəyişikliyi qarşısında aciz olduğunu deyir.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/lifestyle/68289

BAKU.WS