Zəlzələ Şamaxıda fəsadlara səbəb oldu, yaralılar var – SON VƏZİYYƏT (YENİLƏNİB, VİDEO)
06
fev
2019
08:33
Təhsil Nazirliyi ötən gecə Şamaxıda baş verən zəlzələnin məktəblərə vurduğu ziyanla bağlı məlumat yayıb. BAKU.WS xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilir ki, zəlzələ nəticəsində İsmayıllı rayonunda 1, Şamaxı rayonunda isə 4 məktəbdə çatlar əmələ gəlib.Bundan başqa, Şamaxı Astrofizika Rəsədxanasının bəzi yerlərində üz daşlarında çatlar əmələ gəlib, bir-iki daş qopub.Bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov məlumat yayıb.O “report”a bildirib ki, bu hal rəsədxanada ciddi dəyşikliyə səbəb olmayıb: "Güclü zəlzələ idi, bir neçə dəfə təkrarlandı, üçüncü zəlzələ isə digərlərindən güclü oldu.Biz əraziyə daha yaxınıq, zəlzələ ocağından 10 kilometr məsafədəyik, təbii ki, rəsədxanada hiss olundu. Ancaq binalarımız yenidən qurulduğu üçün çox möhkəmdir, bu səbəbdən də elə bir ciddi ziyan dəyməyib.Sadəcə, bəzi yerlərdə üz daşlarında çatlar əmələ gəlib, bir-iki daş qopub. Amma içəridə heç nə yoxdur".X.Mikayılov qeyd edib ki, teleskoplar yoxlanılıb və narahatlıq üçün səbəb yoxdur.***08:33***Ötən gün Şamaxıda baş verən zəlzələ bəzi fəsadlara yol açıb.BAKU.WS xəbər verir ki, yeraltı təkanlar nəticəsində fərdi evlərdə çatlar baş verib. Bəzi əlavə tikililərin divarları və hasarlar dağılıb. Yeraltı təkan ən çox rayonun Qaybuğurt, Qızmeydan, Dədə Günəş, Çağan və Nağaraxana kəndləri zərər görüb. Hadisə zamanı 3 nəfərin xəsarət aldığı və onların mərkəzi rayon xəstəxanasına yerləşdirildiyi deyilir. Rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, hazırda ərazilərdə yoxlama işləri aparılır. Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
SON DƏQİQƏ: Yenidən zəlzələ oldu
Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb.Respublika Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, yer...