Azərbaycanda baş verən güclü zəlzələ evləri uçurdu (FOTO)

Azərbaycanda baş verən güclü zəlzələ evləri uçurdu (FOTO)
Hadisə 5230
Azərbaycanda baş verən 6 bal gücündə zəlzələ nəticəsində bəzi rayonlarda yaşayış evləri dağılıb.Ağdam Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının sədri Allahverən Əliyevin "Report"un Qarabağ bürosuna verdiyi xəbərə görə, rayonun Üçoğlan kəndində vətəndaşa məxsus fərdi yaşayış evi uçulub.Onun sözlərinə görə, eyni zamanda zəlzələ nəticəsində Quzanlı kəndində elektrik transformatorunda partlayış baş verib, qəsəbəyə verilən elektrik enerjisində fasilələr yaranıb. Hazırda "Azərişıq" ASC-nin əməkdaşları tərəfindən təmir-bərpa işləri görülür.Eyni zamanda Tərtər rayon icra başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Ramiz Şabanovun "Report"a verdiyi məlumata görə, 5 baldan yuxarı baş verən yeraltı təkanlar bir neçə kənddə dağıntılara səbəb olub, çoxlu sayda ev qəzalı vəziyyətə düşüb.O bildirib ki, yerli sakinlərin FHK-yə verdiyi məlumata görə, rayonun Evoğlu, İsmayılbəyli və Əskipara kəndlərində palçıqdan tikilən evlərin bir hissəsi zəlzələ nəticəsində uçulub. Rayonun digər yaşayış məntəqələrində çoxlu sayda evin hasarlarında çatlar əmələ gəlib.Hazırda komissiya tərəfindən dəymiş ziyanın miqdarı müəyyən edilir.BAKU.WS

Oxşar xəbərlər

İsmayıllıda sürüşmə zonasından sakinlərin köçürülməsinə başlanılıb

İsmayıllıda sürüşmə zonasından sakinlərin köçürülməsinə başlanılıb

"İsmayıllı rayonunda torpaq sürüşməsi səbəbindən artıq bir ailə yaşadığı evindən təxliyyə edilib". Bunu "Report"un Şirvan bürosuna rayon fövqəladə hallar komi...

1030 Hadisə 11:29 25 oktyabr 2016

Son xəbərlər