Zəlzələdə həlak olan Şahin Vəliyevin anası ürək dağladı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Cavab verməyəcəyini bilə-bilə hər gün yarım qalan arzularımızdan yazıram”.
Bu sözləri Türkiyədə baş vermiş zəlzələ zamanı həlak olan Şahin Vəliyevin anası Esmira Hüseynova Baku TV-yə deyib.
O, qeyd edib ki, Türkiyədən başsağlığı üçün edilən zənglə oğlunun xeyirxah əməllərindən xəbər tutub.
E.Hüseynovanın sözlərinə görə, Şahin küçədə yaşayan uşaqlar üçün dostları arasında pul yığılmasını təşkil edib, onlara ayaqqabı, paltar alırmış.
“Deyirdi ki, əgər məni çox istəyirsənsə, heç vaxt sıxılma, həmişə gül. Amma indi onun nə səsini eşidirəm, nə üzünü görürəm, ancaq şəkilləri ilə danışıram”, - deyə mərhum tələbənin anası əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...