Yusif Mustafayev 4 qızını və arvadını öldürən kişinin tərəfini saxladı: "Qoy bu cavanlarımıza dərs olsun" (VİDEO)

Yusif Mustafayev 4 qızını və arvadını öldürən kişinin tərəfini saxladı: Qoy bu cavanlarımıza dərs olsun (VİDEO)
Video
Video 6267
Əməkdar artist Yusif Mustafayev Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişindəki fikirləri böyük səs-küyə səbəb olub. BAKU.WS-in məlumatına görə, Yusif Mustafayev 4 qızını və arvadını öldürən ata haqqında söylədikləri birmənalı qarşılanmayıb: "İmam üçün ağlayanda gərək yezid üçün də ağlayasan. Mən o adama burda bəraət qazandırmıram. O ən qatı bir cinayətkardır. Amma burda bir şey var. Onu bu səviyyəyə gətirib çıxaran səbəblər də var. O da bir kişi olub da. Çıxıb çölə-bayıra. Bəlkə də onun qulağına bunlardan müəyyən sözlər gəlib. Namus-qeyrət gedir. Qoy bu cavanlarımıza dərs olsun".Yusif Mustafayevin sözləri Xoşqədəmin kəskin reaskiyasına səbəb olub. Daha ətraflı təqdim etdiyimiz videodan baxa bilərsiniz:NazimBAKU.WS

Son xəbərlər