Yumurtanın içindən elə bir şey çıxdı ki... - VİDEO

Yumurtanın içindən elə bir şey çıxdı ki... - VİDEO
Video
Video 1755
İki gündür ki, sosial şəbəkələrdə yayılan bir görüntü əksər insanların narahatlığına səbəb olub. Belə ki, paytaxt sakini mağazadan yumurta alıb. Yumurta qaynadılan zaman ondan çıxan maye qaz piltəsinin üstündə qalaraq bərkiyib və qəribə maddə əmələ gəlib. BAKU.WS Xəzər TV-yə istinadən bildirir ki, yumurtanı alan şəxs məhsulun insan orqanizminə zərərli ola biləcəyindən ehtiyat edib. Hətta sosial şəbəkələrdə yumurtanın süni olması ilə bağlı iddialar da irəli sürülüb. İqtisadiyyat Nazirliyinin laboratoriyasında yumurta ilə bağlı yoxlamalar aparılıb. Artıq nəticələr də məlumdur.Görüntüləri lentə alan Xətai rayon sakini Ofeliya Məmmədova deyir ki, mağazadan aldıqları yumurta qaynadılan zaman çatlayıb.Yumurtadan çıxan şəffaf maye bir müddət sonra qaz piltəsinin üzərində bərkiyərək bu formaya düşüb.Ofeliya Məmmədova ilk dəfədir belə halla üzləşdiyini deyir.O yumurtanın insan orqanizminə mənfi təsir edə biləcəyini ehtimal edir.Yumurtanın alındığı mağazanın sahibi məhsulun hacıqabulda rayonunda yerləşən firmalardan biri tərəfindən gətirildiyini bildirib. Onun sözlərinə görə belə qəribə vəziyyətlə heç zaman rastlaşmayıblar. Onlara bu haqda ilk dəfədir müraciət edilir.Bu məsələ satılan yumurtanın keyfiyyətini gündəmə gətirir. Sözügedən hadisə ilə bağlı iqtisadiyyat nazirliyinin müvafiq laboratoriyasında yoxlamalar aparılıb. Nazirliyin şöbə müdiri Elşad Həsənovun sözlərinə görə analizin nəticələri yumurtanın keyfiyyətinin norma çərçivəsində olduğunu göstəribŞöbə müdiri qeyd edib ki, yumurtanın daxilindəki mayenin sonradan sərtləşməsi nəticəsində əmələ gələn maddənin yumurtaya heç bir aiddiyyatı yoxdur. O da əlavə edilib ki, hansısa vətəndaş bu və ya digər halla yenidən üzləşərsə dərhal aiddiyyatı qurumlara məlumat versin.BAKU.WS

Oxşar xəbərlər

Abşeronda qəribə hadisə: Toyuğun içindən toyuq çıxdı – VİDEO

Abşeronda qəribə hadisə: Toyuğun içindən toyuq çıxdı – VİDEO

Saray qəsəbə sakini öz həyətində yetişdirdiyi toyuğu kəsən zaman qəribə hadisə ilə qarşılaşıb. Kəsilən toyuğundan içindən daha bir toyuq çıxıb. BAKU.WS-in məlum...

6729 Video 22:21 04 dekabr 2017

Son xəbərlər